Son Xeberler
Son Xeberler

12.11.2020 18:11

6 abunə

323

Putin bu il ənənəvi mətbuat konfransını keçirəcək

Putin bu il ənənəvi mətbuat konfransını keçirəcək

“Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı planlaşdırılır. Konfrans bu il qeyri-adi formatda keçiriləcək və canlı bağlantı elementlərini özündə birləşdirəcək”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında bildirib.

“Həqiqətən, biz artıq Prezident Putinin illik mətbuat konfransına hazırlaşırıq. Əlbəttə ki, məlum səbəblərdən bu, qeyri-adi bir formatda keçiriləcək”,- deyə Peskov qeyd edib.

Kremlin sözçüsü yeni formatın canlı bağlantı elementlərini əhatə edib- etməyəcəyi ilə bağlı suala cavab olaraq “Bu cür plan qorunub saxlanılır, həqiqətən də belə olacaq”,- deyə bildirib.

D. Peskov qeyd edib ki, mətbuat konfransının tarixi barədə məlumat veriləcək.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine