
Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Avqustun 28-də saat 21 radələrində 1953-cü il təvəllüdlü Yusif Dəmirovun Gəncə şəhərində kirayədə yaşadığı mənzildə çoxsaylı bıçaq zərbələri yetirilərək öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Etiketlər
Oxşar xəbərlər

Prokurorluq Gədəbəydəki qətllə bağlı
Son Xeberler

Baş Prokurorluq Beləqandakı qətllə bağlı
Son Xeberler

Rusiya XİN Arturla bağlı məlumat yaydı
Son Xeberler

Baş Prokurorluq Bərdəyə atılan raketlə bağlı məlum...
Son Xeberler

Səkkiz prokurorluq işçisi vəzifədən azad edildi -
Son Xeberler

FHN Gəncədəki son durumla bağlı məlumat yaydı
Son Xeberler