
Prezident yeni qanun imzaladı - İnzibati Xətalar Məcəlləsində yeni maddə

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddə əlavə olunub.
370-2.1-ci maddə telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” qanunla müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə cərimələrlə bağlıdır.
Bu halda vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
370-2.2-ci maddə isə bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə cəzaları müəyyənləşdirir.
Belə halda vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Etiketlər
Oxşar xəbərlər

Trampa Qrenlandiyanı satın almaq səlahiyyəti veril...
Bugun.az

Prezident İlham Əliyev mühüm QANUN İMZALADI -
Son Xeberler

Prezident İlham Rəhimovla bağlı sərəncam imzaladı
Son Xeberler

Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını t...
Son Xeberler

Prezident Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti i...
Son Xeberler

Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik ed...
Son Xeberler