
Son Xeberler
9 abunə
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO
12.12.2020 09:53
513 baxış sayı
3 dəq. oxuma

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndirildi.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

MEDİA və Audiovizual Şuranın nümayəndələri Heydər...
Bugun.az
147
12/12 12:25

“Azərsun Holdinq” Heydər Əliyevin xatirəsini yad e...
Son Xeberler
544
12/12 14:14

Prezident və birinci xanım Gəncə şəhərində olublar...
Bugun.az
19
20/08 12:25

Prezidentlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət et...
Son Xeberler
501
10/12 11:17

Əliyevlə Ərdoğan namaz qıldı -
Son Xeberler
508
10/12 13:56

Sabiq spikerin ailə üzvləri illər sonra Bakıya gəl...
Bugun.az
28
12/10 17:25