
Prezident Şuşa uğrunda döyüşdən danışdı

“Biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, əsgər və zabitlərimiz aslan kimi vuruşdular:
“Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.
Oxşar xəbərlər

Şuşa Şəhidləri: Vətən Uğrunda Can Verənlər Unudulm...
Son Xeberler

Şahbaz Quliyev Şuşa türməsində yaşadıqlarını danış...
Son Xeberler

Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan baş çavuş
Son Xeberler

Şuşa uğrunda şəhid olan müəllim
Son Xeberler

Ovannisyanın bir dostu məhv edildi,
Son Xeberler

Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri:
Son Xeberler