Prezident işdən çıxardığı nazirdən DANIŞDI
Prezident İlham Əliyev bu gün yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi qəbul edərkən sabiq nazir Ramin Quluzadənin də fəaliyyətindən razı qaldığını bildirib.
Dövlət başçısı hər yerdə islahatların getdiyini açıqlayıb:
"Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam. O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll edib, Azərbaycanın bu sahədəki inkişafını təmin edib. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız".
Oxşar xəbərlər
Düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikal...
Son Xeberler
Prezident icra başçısını işdən çıxardı
Son Xeberler
Prezident İlham Əliyev onu İŞDƏN ÇIXARDI
Son Xeberler
Nazir İdarə rəisini işdən çıxardı
Son Xeberler
Activision Blizzard Yenidən İşçiləri İşdən Çıxarır...
Son Xeberler
Prezident Vidadi Muradovu işdən çıxartdı
Son Xeberler