30.12.2020 20:29
6
abunə
331
Prezident bu şəxsləri "Şöhrət" ordeni ilə təltif etdi - SİYAHI

Prezident İlham Əliyev bir qrup şəxsi "Şöhrət" ordeni ilə təltif edib.

Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı bu ordenə layiq görülüb.

Bundan başqa, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov da “Şöhrət” ordeni ilə təltif edilib.

Eyni zamanda Azərbaycanda jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov da “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

Elman Camal oğlu Məmmədov isə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

Xalq artisti Mənsum İbrahimov Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Nailə Məmmədəli qızı Vəlixanlı elmin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine