14.12.2020 18:43
6
abunə
286
Postlardan geri qaytarılan avtomobillərin sayı AÇIQLANDI

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar bu gün saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.

 BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev “report”a bildirib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan yeddi nəqliyyat vasitəsi rayon, beşi paytaxt istiqamətinə olmaqla geri qaytarılıb:

“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan dördü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb.

Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine