Polis şöbəsində intihar baş verdi

16.08.2020 18:27 825 baxış sayı 1 dəq. oxuma
Polis şöbəsində intihar baş verdi

Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir.

Ehtimallara görə adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.

Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: APA

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: