PFL prezidenti seçkilərinin vaxtı rəsmi AÇIQLANDI

11.09.2020 17:22 515 baxış sayı 1 dəq. oxuma
PFL prezidenti seçkilərinin vaxtı rəsmi

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib.

PFL-in saytı xəbər verir ki, seçki 14 sentyabr saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.

Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq dörd il müddətinə seçilən PFL prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülməyib və buna görə də qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.

Qeyd edək ki, Ramin Musayev daha əvvəl bu seçkinin 10 və ya 12 sentyabrda ola biləcəyini vurğulamışdı.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: