🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır

23.09.2020 13:36 390 baxış sayı 4 dəq. oxuma
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır

Sentyabrın 23-dən 2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.

Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Müsabiqə ümumi təhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılır.

Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı isheqebul.vet.edu.az elektron müraciət portalı vasitəsilə həyata keçirilir.

Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müvafiq sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma baxımından nəzərdə tutulub. Elektron müraciət mərhələsi 1 oktyabr tarixinədək davam edəcək.

Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslərin sözügedən müvafiq vakansiyalara müraciət etmək imkanı var:

- Ümumtəhsil fənn müəllimi - Orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji  ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;

- İxtisas müəllimi (müxtəlif ixtisaslar üzrə əsasən nəzəri modul və fənləri tədrisi) - Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər;

- İstehsalat təlim ustası (praktiki dərslərin tədrisi) - Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə üç ildən az olmayan əmək stajına malik şəxslər.

Müsabiqənin növbəti müsahibə mərhələsinin 7-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə namizədin MİQ və diaqnostik balı nəzərə alınacaq. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin,  həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcək.

Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək. Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.

Paylaş: