06.01.2021 15:32
6
abunə
445
Paşinyan özünü təcrid etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki epidemioloji vəziyyətlə əlaqədar özünü təcrid edib.

Bunu baş nazirin mətbuat katibi Mane Gevorkyan deyib.

Eyni zamanda o, N.Paşinyanın yoluxub-yoluxmadığı, sağlamlıq vəziyyəti barədə məlumat verməyib.

Xatırladaq ki, Nikol Paşinyan ötən ilin martında koronavirusa yoluxduğunu açıqlamışdı. Bununla əlaqədar onun Moskvaya işgüzar səfəri təxirə salınmışdı.

Qeyd edək ki, ötən gün ölkə prezidenti Armen Sarkisyanın Londonda koronavirusun yeni növünə yoluxduğu açıqlanmışdı..

Daxil olun


x
This website is using cookies. More info. That's Fine