Parlament sədrindən Kəlbəcər açıqlaması - FOTO

25.11.2020 08:43 502 baxış sayı 2 dəq. oxuma
Parlament sədrindən Kəlbəcər açıqlaması -

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin azad edilməsi ilə bağlı "Facebook" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub. Bununla da Azərbaycan Resbublikası BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu.

Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan! Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!"

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: