🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Pakistan növbəti dəfə Ermənistanın hərəkətini pislədi

26.10.2020 14:20 447 baxış sayı 3 dəq. oxuma
Pakistan növbəti dəfə Ermənistanın hərəkətini pislədi

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir. 

Bu günlərdə Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qayser Milli Məclisin Sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutulması pislənilir.

Məktubda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur. Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulması faktıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə edib.

Pakistan Milli Assambleyasının Sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır.

Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır.

 

 
Paylaş: