Şamaxıda intihara cəhdin qarşısı alınıb.
Bu gün Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü Ramiz Ağayev beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.
Yaxınlıqdakı insanlar dərhal əraziyə FHN əməkdaşlarını çağırıblar. Ramiz Ağayevin intihar etmək cəhdinin qarşısı alınıb, ona tibbi yardım göstərilib.
Məlumata görə, I qrup əlil olan Ramiz Ağayev həmin binada kirayəda yaşayır.
Onun özünə qəsd etmək istəməsinin səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Oxşar xəbərlər: