🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Özüm də buna inanmırdım” - Paşinyan peşman oldu

10.11.2020 16:24 550 baxış sayı 2 dəq. oxuma
“Özüm də buna inanmırdım” -

Ermənistanın baş naziri Nikol Paşinyan bir il əvvəl Azərbaycanın şərtlərini rədd etməsindən peşman olduğunu dilə gətirib.

Səhvini etiraf edən Paşinyan deyib: “Əgər Yerevan bir il əvvəl Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq versəydi, vəziyyətin başqa cür həllinə nail ola bilərdi. Amma Ermənistanda kim inanardı ki, bu, doğru yoldur? Bir çox qeyri-müəyyənlik olduğundan çox az insan, o cümlədən mən özüm də buna inanmırdım”.

Paşinyan daha sonra qeyd edib ki, erməni tərəfi Qarabağ münaqişənin kəskinləşdiyi ilk günlərdə də buna getmədi: “Biz Azərbaycanın şərtini o vaxt qəbul etdik ki, müharibənin gedişində dönüş yaratmağın mümkün olmadığı artıq aydın görünürdü və qarşıda hadisələrin pis inkişafından yayınmaq vəzifəsi dayanmışdı”.​

Paylaş: