🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Öz sevdiyi qızla evləndi, hey tələsirdi...” - Şəhidimizin evindən VİDEOREPORTAJ

18.07.2020 10:45 746 baxış sayı 2 dəq. oxuma
Öz sevdiyi qızla evləndi, hey tələsirdi...” -

Baş əsgər Elşad Məmmədov hərbi xidməti başa vurduqdan sonra orduda MAXE kimi xidmət etmək qərarına gəlir. Ailəsi buna razı olmasa da, Elşad fikrindən daşınmayaraq, çox önəmli postlardan birində xidmət etməyə başlayır. Sonrası isə bütün Azərbaycana məlumdur...

Qafqazinfo-nun əməkdaşları iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Elşad Dönməz oğlunun Ağdam kəndində yerləşən evində olublar.

1996-cı il təvəllüdlü şəhid Baş əsgər nümunəvi hərbi xidməti ilə yadda qalıb. 

Şəhid atası Dönməz Məmmədov deyir ki, varı-yoxu bir oğlu var idi, o da vətən yolunda sinəsini qabağa verdi:

“Oğlunun qanı yerdə qalmadı, ordumuza güvənim tamdır”.

Elşadın anası Nuriyə Məmmədova isə hələ də oğlunun yoxluğuna inanmır:

“Şəhid anaları ürək yanğısı ilə bala yolu gözləyir...”

İndi şəhid valideynləri Elşaddan yadigar qalan altı aylıq Məhəmmədlə təsəlli tapırlar.

Etiketlər

Paylaş: