
Son Xeberler
9 abunə
Ordu məhv oldu, özümüz kölə... – Manukyan çağırış etdi
11.02.2021 19:26
441 baxış sayı
2 dəq. oxuma

Ermənistanın keçmiş baş naziri, Vətənin Xilası Hərəkatının liderlərindən biri olan Vazgen Manukyan xalqa müraciət edib.
O, əhalini sabah 15:00-da İrəvandakı Azadlıq meydanında toplanmağa səsləyib.
Süniklə bağlı hökumətin gizli razılaşmalarının olduğunu bildirən Manukyan əhalini buna etiraz etməyə çağırıb:
"Zaman keçəcək və 9 noyabr gecəsi kimi biz bir gün oyancağıq və biləcəyik ki, Sünik artıq bizdə deyil”.
Ermənistanın 9 noyabrda kapitulyasiyaya imza atdığını deyən Manukyan 5000 mindən çox əsgər itirdiklərini, yaralıların sayının isə 10000-dən çox olduğunu bildirib:
"Bizim artıq ordumuz yoxdur. Ondan qalanlar hər gün sübut edir ki, o, artıq mövcud deyil”.
Manukyan müraciəti zamanı gələcək nəsillərin indiki nəsli lənətləyəcəyini bildirib:
"Biz hələ Ermənistan adlanan bu ərazidə insanların kölələşdirilmiş hissəsini saxlayacağıq, qalanlarımız isə bütün dünyaya səpələnib sərgərdan olacağıq”. (Axar.az)
F
Parlament müxbiri
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Düşmənin məhv edilmiş texnikasının SAYI -
Son Xeberler
578
17/10 07:30

“Qartal 30” alayının döyüşçüsü Qarabağda məhv edil...
Son Xeberler
673
18/10 07:24

Ordu əməliyyata başladı: Düşmənin 2 komandiri məhv...
Son Xeberler
530
13/02 19:44

24 min nəfər əhaliyə ŞAD XƏBƏR - Prezident 9,6 mil...
Son Xeberler
1,837
19/06 07:47

Bu şəxslər general-mayor oldu
Son Xeberler
1,349
30/01 11:46

Əhaliyə ŞAD xəbər -
Son Xeberler
1,792
26/06 05:21