🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Orada elə oğullar döyüşür ki...” - Düşmənin 7 tankını məhv edən hərbçimiz

02.11.2020 19:18 443 baxış sayı 3 dəq. oxuma
“Orada elə oğullar döyüşür ki...” -

“İlk növbədə demək istəyirəm ki, mən bu şücaəti nə ailəmə, nə də özümə görə etmişəm. Bunu millətimə görə, Xalqıma görə, işğalda olan torpağıma görə etmişəm. Mən öz etdiyimi qəhrəmanlıq saymıram”.

Bunu düşmənin 7 tankını məhv edən 26 yaşlı hərbçimiz  Rüfət Əsədullayev AzTV-nin Astara rayonun Ərçivan kəndində onun evindən hazırladığı reportajında bildirib.

“Düşmənlə döyüşən elə hərbçilərimiz var ki, mənim etdiyim onların yanında zərrə qədər görünür. Mən həmişə fəxr etmişəm ki, bu Orduda xidmət edirəm. Talış, ləzgi ayrıseçkiliyi olmadan Orduda olan hamı azərbaycanlıdır. Hamir bir nəfər kimi Ali Baş Komandanın ətrafına yığışıb. Bu dəqiqə nə əmr versə, onu hamı yerinə yetirəcək”, - deyə Rüfət bildirib.

Rüfətin atası Eldar Əsədullayev deyir ki, 27 ildir torpaqlarımız işğal olunub, bu 27 ildə hər dəfə bu sözü eşidəndə əsəbiləşərdik: “İndi Prezidentin çıxışına qulaq asanda sevinirik. İstəyirik ki, hər gün çıxış etsin. Bir gün çıxış etməyəndə sabahı gözləyirik ki, sabah çıxış edəcək. Biz dövlətimizlə fəxr edirik”.

Qəhrəmanımızın anası Gülşən Əsədullayeva deyib ki, Allah bütün övladları qorusun, sağ-salamat evlərinə gəlsinlər: “Heç bir ananı şəhid övladla sınağa çəkməsin. Allah şəhidlərimizi rəhmət eləsin. Yaralılara şəfa diləyirəm”.  

 

 

Paylaş: