
Ölkədə Yeni il şənlikləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur.
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır:
“Ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakla bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir.
Xüsusi karantin rejimi dövründə bu növ faktlar aşkarlanacağı təqdirdə müvafiq dövlət qurumları tərəfindən qarşısı alınacaq, təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”.
Oxşar xəbərlər

Öz ölkələrində edə bilmədiklərini Vanda edirlər!
Ən Son Xəbərlər

Bu ölkədə 100 gündür COVID-19-a yoluxan yoxdur
Son Xeberler

Pensiyalar artırılır - Əhaliyə ŞAD XƏBƏR
Son Xeberler

Əhaliyə ŞAD XƏBƏR - Güzəştlə satılan qazın limiti....
Son Xeberler

DİN əhaliyə müraciət etdi
Son Xeberler

Bu ölkələrdə virus ŞİDDƏTLƏ YAYILIR:
Son Xeberler