🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Olimpiya çempionundan Qarabağ münaqişəsinə münasibət

30.09.2020 15:38 412 baxış sayı 3 dəq. oxuma
Olimpiya çempionundan Qarabağ münaqişəsinə münasibət

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi zonasında aktiv döyüşlər başlayıb. 

Ermənistan qoşunlarının hücumlarını dəf edən Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismi azad edilib. Ancaq düşmənin silahlı qüvvələri cəbhə bölgəsində yaşayan mülki əhalini hədəf alır və yaşayış sahələrinə atəş açır.

Bununla əlaqədar olaraq, sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov Azərbaycan Güləş Federasiyasının saytına münasibətini bildirərək, qarşı tərəfin qeyri-adekvat hücumlarına öz etirazını bildirib:

“Bildiyiniz kimi, 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu müddət ərzində aparılan sülh danışıqları heç bir fayda verməyib. İşğalçılıq siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də növbəti dəfə atəşkəsi pozub. Ən pisi də odur ki, onlar dinc sakinləri hədəf alır. Nəticədə ölən və yaralananlar var.

Həyatını dəyişənlər arasında uşaqların da olması dəhşətdir. Mən bir olimpiya çempionu kimi dünya ictimaiyyətini Ermənistanı belə qeyri-insani addımlardan çəkindirməyə çağırıram. İnanıram ki, tez bir zamanda Azərbaycan ordusu bütün işğal olunmuş torpaqları azad edəcək”.

Paylaş: