🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA

09.09.2020 14:06 441 baxış sayı 3 dəq. oxuma
Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq -

Bu gün qida məhsullarının bir qismində bahalaşma müşahidə olunur. Növbəti mərhələdə çörəyin və ətin qiymətində də bahalaşma olacaqmı?

Bununla bağlı iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, çörəyin qiyməti ilə ətinki müqayisə oluna bilməz: "Çünki bilirsiniz ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənir. Çörəyin qiymətinə dövlət nəzarət edir. Yaxın dövrdə çörəyin qiymətinin bahalaşması gözlənilən deyil. Dövlət çörəyin qiymətini tənzimləyib saxlaya biləcək. Ətin qiymətinə gəldikdə isə bilirsiniz ki, ölkəmiz yerli tələbatın təxminən 45-48 faizini ödəyə bilir. Yəni bu məhsulun qiyməti təkcə ölkə daxilində təklif olunan məhsulla bağlı deyil. Həm də xarici amildən asılıdır. Çünki ölkədə ətə olan ehtiyatın 50 faizdən çoxunu idxal hesabına ödəyirik.

Ona görə kənd təsərrüfat məhsullarının mövsümü bitdikdən sonra ətə olan təlabat artacaq. Belə olan halda da ətin qiymətinin qalxması gözləniləndir. Hazırda rayonlarında ətin qiymətində ucuzlaşma müşahidə olunur. Amma Bakıda əksinə az da olsa bahalaşma müşahidə olunur. Çünki yay aylarında ətə olan tələbat az olur. Amma oktyabr, noyabr, dekabr aylarında, yəni ilin sonuna kimi ətin qiymətinin bahalaşması gözləniləndir. Təkcə bu ölkənin daxili islahatından deyil, həm də xarici idxaldan asılıdır. Bununla yanaşı ölkədə bu sahə stimulaşdırılmayıb”.

Paylaş: