
Son Xeberler
9 abunə
Nigeriyada öldürülən azərbaycanlı mühəndis Siyəzəndə dəfn olunub
27.01.2021 17:37
424 baxış sayı
2 dəq. oxuma

Nigeriya sahillərində dəniz quldurlarının gəmiyə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.
Onun nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Azərbaycana gətirilib.
Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.
Oxşar xəbərlər

Teymur əmi dəfn edildi
Şou Xəbər
543
12/06 06:52

"Lotu Quli" dəfn edilib -
Son Xeberler
849
21/08 11:39

Nigeriyada partlayışda ölənərin sayı artdı
Bugun.az
26
19/01 23:25

Bu ölkədə 70 nəfər diri diri yandı
Bugun.az
29
18/01 23:25

Fetullah Gülenin Dəfn Mərasimi Barədə Yeni Məlumat...
Son Xeberler
146
22/10 14:47

Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq
Şou Xəbər
500
11/06 16:12