
Nəhəng ağac başlarına aşdı: Cütlük ölümdən saniyələr içində qurtuldu

Amerikada bir cütlük və onların iti, nəhəng bir ağacın üstlərinə aşmasından cəmi bir neçə saniyə əvvəl qurtularaq, sanki əcəllə üz-üzə gəldilər. Həmin anlar təhlükəsizlik kamerasına düşüb.
Görüntülərdə cütlük və itləri sakitcə çəmənlikdə yeriyərkən, yanlarında duran nəhəng ağac qəfildən aşmağa başlayır. Hər şey bir anda baş verir və böyük ağac birbaşa cütlüyün üstünə doğru yıxılır.
Qadının vahimə ilə "Ay Allah!" deyə qışqırdığı eşidilir. Ağac yerə çırpılarkən budaqlardan biri qadının dərhal arxasına, digəri isə üzündən bir neçə santimetr aralı düşür. Qadın iki böyük budağın arasında qalmasına baxmayaraq, möcüzə nəticəsində yara almadan qurtulur. Həmin anların şokunu yaşayan qadın, əlini ağzına apararaq donub qalır. Cütlüyün iti isə xoşbəxtlikdən ağacın digər tərəfində yeridiyi üçün zərər görmür.
Hadisədən sonra kişinin "Az qala ölürdük!" deyərək şoka düşdüyü eşidilir. Görüntülərdə kişinin də aşan ağacı fərq edib son anda əyilərək qurtulduğu görünür.
Nəhəng ağacın niyə qəfildən aşdığı və hadisənin ABŞ-ın hansı hissəsində baş verdiyi hələlik açıqlanmayıb. Lakin təhlükəsizlik kamerasına düşən görüntülər, izləyənləri dəhşətə gətirib. Xoşbəxtlikdən, bu dəhşətli qəzada heç kim xəsarət almayıb. Görüntülər, bir fəlakətin sadəcə bir neçə santimetrlə necə qarşısının alına bildiyini nümayiş etdirir.
Etiketlər
Oxşar xəbərlər

Qasırğa Sonrası Tapılan 10 İllik Nikah Üzüyi
Bugun.az

Məşhur cütlük ayrılır
Bugun.az

Yol nişanları görünmür, cərimə riski artır - FOTO
Bugun.az

Azərbaycanda daha bir tanınmış şəxs koronavirusdan...
Son Xeberler

MÖCÜZƏ! Qatarın altında qalmaqdan son anda qurtuld...
Son Xeberler

Bakıda gənc qız ölümdən döndü - VİDEO
Bugun.az