🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Neçənci sinif şagirdlərinə maska taxmaq məcburi olacaq? - TƏBİB-dən AÇIQLAMA

27.08.2020 11:25 421 baxış sayı 3 dəq. oxuma
Neçənci sinif şagirdlərinə maska taxmaq məcburi olacaq? -

"Uşaqlar xəstəliyi yüngül formada keçirsələr də, onların digər şəxslər üçün infeksiya mənbəyi olmaları burda artıq bizi düşündürən təhlükələrdən biridir".

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist qeyd edib ki, 6 yaşdan yuxarı uşaqlarda isə maskadan istifadə olduqları məkanın şərtlərindən asılıdır:

"ÜST-ün tövsiyyələrinə əsasən 5 yaşa qədər uşaqların maska taxmaları tövsiyyə olunmur. Bu yaş qrupundakı uşaqların burun keçəcəkləri dar olduğundan, onlarda maska istifadəsi zaman tənəffüs problemlərinə, nəfəsalma problemlərinə gətirib çıxara bilər ki, həmin vaxt uşaqlar özləri bunun öhdəsindən gəlməyə bilərlər.

6-11 yaş qrupu uşaqlar arasında maskadan istifadə isə olduqları məkanın şərtlərindən asılıdır. Yəni, otaqdakı şagirdlərin sayından asılı ola bilər, otağın ölçülərindən asılı ola bilər. Çox sıxlıqdısa, məsafəni qorumağa, genişliyi əldə etməyə imkan yoxdursa, o zaman bəli, maskaların taxılması zəruridir.

12 yaşdan yuxarı uşaqlarda isə maska istifadəsi yetkin şəxslərdəki tələblərlə eynidir. Əlavə olaraq onu da bildirmək istəyirəm ki, maska istifadəsi zamanı bu prosses uşaqlara düzgün başa salınmalı, düzgün geyinilmə və çıxarılma qaydaları öyrədilməlidir ki, uşaqların çirkli maska ilə özlərini yoluxdurma ehtimallarını azalda bilək.

Eyni zamanda uşaqların istifadə edəcəkləri maskalar onların öz üz quruluşlarına və ölçülərinə uyğun olmalıdır".

Etiketlər

Paylaş: