Nazirlikdən videosu yayılan yaralı əsgərlə bağlı - AÇIQLAMA
Qələbəmizin qəhrəmanlarından biri olan, müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikintisini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öhdəsinə götürüb.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk hesabında yazıb.
O bildirib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar: “Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb. Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub”.
F. Talıbov həmçinin qeyd edib ki, ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq. Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.
Oxşar xəbərlər
Cəbhədən videosu yayılan əsgərlə bağlı universitet...
Son Xeberler
Yatmış əsgərlə BELƏ zarafat etdilər - VİDEO
Son Xeberler
Xudayarın şəhid olmazdan 3 saat öncə çəkilmiş vide...
Son Xeberler
Yaralı halda “Qarabağ”ı oxuyan əsgər müğənni imiş...
Son Xeberler
Türkan qısa ətəkdə rəqsi ilə HEYRAN ETDİ -
Şou Xəbər
Müdafiə Nazirliyi:
Son Xeberler