
Nazirlik düşmənin daha bir təxribatını ifşa etdi - Audio

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur.
Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla, əhali arasında qorxu və təşviş yaratmaqdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Oxşar xəbərlər

Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
Son Xeberler

Britaniyalı general Türkiyəyə qarşı qurulan ŞOK PL...
Son Xeberler

“Fact Chek Karabakh” növbəti erməni yalanını ifşa...
Son Xeberler

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa etd...
Son Xeberler

Putinin gizli sarayını ifşa edən görüntülər yayıld...
Son Xeberler

Şuşa ilə bağlı xəbər düşmənin növbəti yalanıdır -
Son Xeberler