
Nazir Əməkdar artistin həyat yoldaşına vəzifə verdi - FOTO

Təhsil Nazirliyinin "Azərbaycan məktəbi" jurnalına yeni baş redaktor təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, baş redaktor vəzifəsi Arzu Bəyimə həvalə olunub. O, bu təyinata qədər Bakı Uşaq və Gənclər Teatrında Ədəbi hissə müdiri işləyib.
A.Bəyim "Report”a açıqlamasında planlarından danışıb. O bildirib ki, "Azərbaycan məktəbi" jurnalı Azərbaycanın ən yaşlı mətbuat orqanlarından biridir, 1934-cü ildən nəşr olunur: "Jurnal elmi-nəzəri-pedeqoji mətbuat orqanıdır. Məqsədimiz jurnalı daha da genişləndirmək və dünya standratları səviyyəsində dərc etməkdir. Eyni zamanda jurnal vasitəsi ilə dünya elminin yeni nailiyyətlərini Azərbaycana gətirmək, Azərbaycan elminin nailiyyətlərini isə dünyaya çatdırmaqdır".
Qeyd edək ki, Arzu Bəyimdən öncə jurnalın baş redaktoru Ramil Nəcəf olub.
Xatırladaq ki, Arzu Bəyim Əməkdar artist İntiqam Soltanın həyat yoldaşıdır.
Oxşar xəbərlər

İnsanları tanımayan əməkdar artistin SON PAYLAŞIMI...
Şou Xəbər

Bəhram Bağırzadənin səhhəti ilə bağlı son durum aç...
Son Xeberler

Əməkdar artistə ağır itki üz verdi:
Son Xeberler

Aybəniz Haşımovaya AĞIR İTKİ
Son Xeberler

Əməkdar Artistin Qızı Xəstəxanaya Yerləşdirildi
Bugun.az

Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı
Son Xeberler