🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Navalnının işinə baxan hakim istefa verdi

02.02.2021 12:30 303 baxış sayı 2 dəq. oxuma
Navalnının işinə baxan hakim istefa verdi

Rusiyalı müxalifətçi Aleksey Navalnının cinayət işinə baxan Moskvanın Simonovsk rayon Məhkəməsinin sədri Vyaçeslav Detişin istefa verib.

Onun istefasını məhkəmənin mətbuat katibi Kristina Şvadçenko təsdiqləyib.

Bildirib ki, sədr istefa verib, ancaq bunun Navalnının işi ilə heç bir əlaqəsi yoxdur. Sədrin səlahiyyətləri mart ayında başa çatır. O, buna görə də fevralda deyil, yanvarın əvvəlində istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan qayıdan Aleksey Navalnı barədə məhkəmə 30 gün müddətinə həbs qərarı verib. O, həbsinin şərti cəza ilə əvəzlənməsi üçün Simonovsk rayon Məhkəməsinə müraciət edib.

Paylaş: