🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Mülki əhali bizim hədəfimiz deyil” - Hikmət Hacıyev

11.10.2020 16:46 342 baxış sayı 3 dəq. oxuma
“Mülki əhali bizim hədəfimiz deyil” -

Bu gün Ermənistan Gəncəni raket atəşinə məruz qoyub. Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Bunu Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Gəncə təmas xəttindən uzaqda yerləşir: “Ermənistan Gəncəni Vardenis rayonundan atəşə tutub. Gəncə əhalinin sıx yaşadığı şəhərdir. Atəş nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Ermənistan "Toçka-U" raketindən istifdə edib. Bu raket böyük dağıdıcı gücə malikdir”.

Prezidentin köməkçisi qeyd edib ki, əhalinin sıx yaşadığı əraziyə bu cür raketin atılması çoxsaylı insanların qətlə yetirilməsi məqsədi daşıyıb: “Hətta Ermənistan “Smerç”, “Skad” raketlərindən də şəhərlərimizi atəşə tutur. Eyni zamanda, Ermənistan Azərbaycanın sənaye şəhərləri olan Minəçevir şəhərini də “Smerç” raketlərindən atəşə tutun. Bu, Moskvada əldə olunmuş humanitar atəşkəs rejiminə ziddir. Azərbayxan humanitar atəşkəs rejiminə əməl etdi, amma Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatar Ermənistana siyasi təzyiq göstərməlidir. Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə yeni silahlar gətirir. Bu, beynəlxalq mülki aviasyia qaydalarna tamamilə ziddir”.

H. Hacıyev vurğulayıb ki, Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək: "Biz Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırıq. Mülki əhali bizim hədəfimiz deyil. Hərbçilər döyüş meydanında döyüşməli, mülki əhaliyə qarşı müharibə aparmamalıdırlar”.

Paylaş: