Müdafiə Nazirliyindən Paşinyanın arvadı ilə bağlı AÇIQLAMA
Bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir".
Bu barədə Müdafiə Nazirliyindən Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin “Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir” fikirləri ilə bağlı sorğuya cavab olaraq bildirib. Nazirliyin cavabında qeyd edilir ki, Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.
"Xocalı faciəsi, 2016-cı ilin Aprel hadisələri zamanı mülki şəxslərin, 2017-ci ilin iyulunda azyaşlı Zəhra və onun nənəsinin, eləcə də 2020-ci ilin iyulunda 76 yaşlı kənd sakini Əziz Əzizovun qətlə yetirilməsi və digər qanunsuz qətllər Ermənistanın beynəlxalq humanitar hüququn təməl prinsip və normalarını kobud pozmasının bariz nümunəsidir.Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək. Ordumuz bu məqsədə çatmaq üçün tam hazırdır".
Etiketlər
Oxşar xəbərlər
Paşinyanın arvadı və qızı Moskvaya belə qaçdı - AN...
Son Xeberler
Bakıda aktyor və arvadı öldürüldü
Xəbər Anı
Müdafiə Nazirliyindən Cəbhədəki vəziyyət ilə bağlı
Son Xeberler
Yerevanda aksiyada 35 müxalifətçi saxlanıldı
Son Xeberler
Yerevanda Paşinyana görə müxalifətçiyə hücum edili...
Son Xeberler
Paşinyan yenidən SƏFƏRBƏRLİK ELAN ETDİ -
Son Xeberler