
Müdafiə nazirləri “Dəniz kuboku”nun açılışında - VİDEO

Avqustun 25-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri qərargahı qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə ediblər.
Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Z.Həsənov mərasim iştirakçılarını və qonaqları salamlayaraq “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.
Rusiyanın Müdafiə naziri ordu generalı S.Şoyqu tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Oxşar xəbərlər

Azərbaycan Kuboku 1/8 Finalda Kimlər Qarşılaşacaq?
Bugun.az

Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı...
Son Xeberler

Prezident açılışa qatıldı
Son Xeberler

Rusiyadan NATO-ya SƏRT XƏBƏRDARLIQ - ŞOK GƏLİŞMƏ
Son Xeberler

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi -
Son Xeberler

“Dənizçilər Poliklinikası”nın ləğv olunmasına başl...
Son Xeberler