13.11.2020 12:36
6
abunə
318
MM Ali Baş Komandan və xalqa müraciət edib

Xəbər verdiyimiz kimi, Milli Məclis Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

Spiker Sahibə Qafarova müraciətlə bağlı iclasda bildirib ki, bu gün Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəgilanda qürurla dalğalanır: 

“Tezliklə Kəlbəcərdə, Ağdamda, Laçında və digər torpaqlarımızda yüksələcək.

Bu tarixi günlərin ən mühüm nəticələrindən biri də xalqımızın Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və bütövləşməsi oldu. Azərbaycan xalqının birliyinin rəmzinə çevrilən bu yumruq düşmənə endirilən ağır zərbələrin ifadəsi idi. Bu birliyin qarşısında düşmən duruş gətirə bilməzdi və bilmədi də. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında müharibənin dayandırılması ilə bağlı bəyanat imzalanıb. Bu bəyanatın Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, məcburi köçkünlərimiz evlərinə qayıdacaq. Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün illər lazım olacaq. Hazırda İrəvanda küçələrdə kütlə azğınlıq edir, iqtidar müxalifətin bütün liderlərini həbs edir, müxalif deputatların mandatının ləğv edilməsi söz-söhbəti gəzir. Bunlar hamısı qərbin bəzi dairələrinin demokratik dövlət kimi qələmə verməyə çalışdığı ölkədə baş verir. Ancaq nə qərb dövlətlərinin rəhbərləri, nə də onların dırnaqarası informasiya xidmətləri münasibət bildirirlər. Onları susmağı üstün tutur. Hər kəs öz simasını göstərir”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine