
Son Xeberler
9 abunə
Milli Qəhrəmanın oğlu yeni vəzifəyə təyin edildi FOTO
23.07.2020 13:46
604 baxış sayı
2 dəq. oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.
Belə ki, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.
C.Əsgərov Modern.az-a bildirib ki, bu, onun mətbuat xidmətində ilk fəaliyyəti deyil. O, hələ yeni başladığı iş haqda geniş danışmaq istəməyib.
Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz” radiosunda siyasi şərhçi, "Türk El” telekanalında baş direktor, CBC kanalında "Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.
Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.
Xatırladaq ki, Ceyhun Əsgərov şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

Oxşar xəbərlər

Anar Kərimov onları vəzifəyə gətirdi -
Son Xeberler
467
26/01 12:35

Vasif Talıbovdan yüksək vəzifəyə
Son Xeberler
573
21/10 08:37

Saleh Məmmədova müavin təyin edildi
Bugun.az
19
11/02 10:25

Ziya Hacılıya yüksək vəzifə verildi - FOTO
Bugun.az
55
05/12 12:25

TƏBİB-də yeni təyinat -
Son Xeberler
695
08/09 16:36

Xankəndi Rayonuna Yeni Rəhbər Təyin Edilib
Bugun.az
89
10/10 09:25