16.02.2021 14:15
6
abunə
348
Metro niyə AÇILMIR ? - Metropoliten rəsmisi AÇIQLAMA VERDİ

Son günlər sərnişindaşımada yaşanan sıxlıq metronun nə vaxt açılacağı fikirlərini daha da artırıb.

Artıq bir neçə gündür ki, paytaxtın müxtəlif istiqamətlərində xüsusilə də 20 Yanvar metro stansiyasının qarşısında acınacaqlı vəziyyət hökm sürür.

Hər gün metrostansiyanın qarşısındakı dayanacaqda avtobuslara minmək üçün insanlar az qala yarış keçirirlər desək yanılmarıq.

Yaşan bu vəziyyət vətəndaşların hədsiz stress və əsəb pozuntusuna səbəb olur.

Bəs metro nə vaxt açılacaq?

Bu barədə Metbuat.az-a açıqlamasında Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

O bildirib ki, metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması "COVID-19" virusu ilə əlaqədar olduğundan məsələyə münasibət bildirilməsi yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah-a aiddir.

''Çünki pandemiya şəraitində və xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi sırf bu qurumun səlahiyyəti çərçivəsindədir. Həmçinin müvafiq peşəkar və ixtisaslaşmış qiymətləndirmə də yalnız Operativ Qərargah da aparılır və bu səbəbdən hər hansı fikir bildirməyimiz qeyri-mümkündür''.

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine