Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz... - VİDEO

05.07.2020 15:29 787 baxış sayı 2 dəq. oxuma
Məşhur istirahət mərkəzində karantin rejimi pozulur:

Lerik rayon ərazisində “Relax” ailəvi istirahət məkanı Operativ Qərargahın qaydalarını kobud şəkildə pozub.

Bu barədə “Xəzər” televiziyasının bölgə müxbiri Nizami Rəsulov “Facebook”da paylaşım edib.

O qeyd edib ki, istirahət məkanı ərazisində qanunsuz qəlyan istifadəsi halı aşkar olunub:

“Bu barədə ərazidə olan əməkdaşlarımız məlumat verib. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Ancaq buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, Lerik rayonunun “Relax” ailəvi istirahət makanında qadağan olunan qəlyanın istifadəsi faktı aşkar edilib. Bunu video görüntü də təsdiq edir...

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı bir tədbir görəcəklər”.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: