18.09.2020 23:57
6
abunə
382
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO

“Akvamen” filmində əsas rolun ifaçısı, məşhur amerikalı aktyor Ceyson Mamoa səhrada köməksiz vəziyyətdə qalıb.

Növbəti filmin çəkilişinə gedən aktyorun avtomobili yolda xarab olub.

Səhralıq ərazidə susuz və qidasız qalan aktyor internet vasitəsi ilə pərəstişkarlarına müraciət edib.

“Çoxlu su göndərin. Bura çox istidir”, - deyə aktyor canlı bağlantı zamanı söyləyib.

Pərəstişkarları dərhal aktyorun müraciətinə reaksiya veriblər.

Aktyor onlardan birinin avtomobilində çəkiliş meydançasına yollanıb.

Qeyd edək ki, 41 yaşlı aktyor 2020-ci ilin dekabr ayında ekranlara çıxacaq  “Düna” filminin çəkilişlərində iştirak edir.

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine