
“Məryəmi şüşənin altından çıxardılar, anam onu tapa bilmirdi” - VİDEO

Ötən gün gecə saatlarında Gəncə şəhərinin ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində dağılan bina sakinləri həmin vaxt yaşadıqlarını Real TV-yə danışıblar.
Hadisə şahidlərindən biri parlayış baş verən binada yaşayan 6 yaşlı Aylindir. O, ən çox oyuncaqları üçün darıxdığını deyib: “Mən yatmışdım. Qəfildən evin damı uçdu, aynalar qırıldı. Yorğan-döşək dağılmışdı. Məryəmi şüşənin altından çıxardılar. Heç anam da onu tapa bilmirdi”.
Aylin deyir ki, hadisə baş verən vaxt evdə özündən başqa bacısı Məryəm, babası, nənəsi və anası olub: “Bura əvvəl qəpqəşəng bir ev idi. Ən çox oyuncaqlarım üçün darıxıram. Ən sevdiyim "Elza" oyuncağım idi…”
Aylinin bacısı Məryəm ermənilərin atdığı mərmi nəticəsində başından yaralanıb. Cəmi 2 yaşı olduğundan hadisə ilə bağlı danışa bilməyib.
Digər bir zərərçəkmiş Tural Zeynalov isə həmin hadisəni belə xatırlayır: “Evdə uzanmışdıq, birdən ev üstümüzə çökdü. Tez atamı, anamı götürüb küçəyə çıxdıq. Baxdıq ki, hər yer dağılıb, iki mərtəbəli bina yox olub. Əsas vətən sağ olsun, ev gəldi-gedərdi…”
T. Zeynalov həmçinin bildirib ki, düşmən istəyinə nail ola bilməyib, əhalidə təşviş yaratmayıb".
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Keçmiş olsun, gözəl körpəm” -
Son Xeberler

Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi...
Son Xeberler

“Onunla evlənmək fikrim yox idi” -
İdman Xəbər

Türkiyə rəsmilərindən Azərbaycana qələbə təbriki
Son Xeberler

Sabirabadda intihar edən məmurun son sözləri -
Son Xeberler

Gəncədə dağıntılar altından 17 yaralı çıxarılıb -
Son Xeberler