Məktəblər bağlanacaq? - RƏSMİ

22.09.2020 10:22 580 baxış sayı 2 dəq. oxuma
Məktəblər bağlanacaq? -

Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirusun aşkarlanması haqqında yaydığımız həftəlik məlumatdır. Biz bu məlumatı təqdim etdik ki, ümumi mənzərə göz önünə gətirilsin.

Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, məlumatı məktəblərin bağlanması kimi təqdim etmək düzgün deyil.

“Bizim dünən yaydığımız məlumatda məktəblərin bağlanmasından söhbət getmir. Bu sadəcə həftəlik məlumatdır. Məlumatı veririk ki, ümumi mənzərə göz önünə gətirilsin. Burada yoluxma məktəbə getməyən yuxarı siniflərdə oxuyan uşaqlar barədədir. Onlar məktəbə getmir və məktəbdən kənar yoluxublar. Bunu məktəblə bağlamaq düzgün deyil".

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: