Son Xeberler
7 abunə
Məhkəmə Səlim Müslümovla bağlı qərar verdi
15.02.2021 14:31
543 baxış sayı
3 dəq. oxuma
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.
"Report”un əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.
Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, S.Müslümov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunmuşdur. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi -
Son Xeberler
938
15/09 18:26
Məhkəmə Qiyas İbrahimovla bağlı qərar verdi Nizam...
Son Xeberler
594
10/06 14:43
Yazıçı-şair Əjdər Ol saxlanıldı
Son Xeberler
337
09/02 06:36
Səlim Müslümov həbs olunub? -
Son Xeberler
410
03/02 10:32
Məhkəmə Qiyas İbrahimovla bağlı QƏRAR VERDİ
Son Xeberler
604
10/06 17:31
Ər keçmiş arvadını qətlə yetirdi
Son Xeberler
387
07/09 10:36