11.09.2020 16:43
6
abunə
323
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Əliyev Cavid Fikrət oğlu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.  

Cavid Əliyev 1988-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində "Avropa hüququ” ixtisası üzrə magistr dərəcələrini alıb. Corc Vaşinqton Universitetinin "Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib.

O, son təyinatadək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Müqavilələr və hüquqi layihələrin hazırlanması sektorunun müdiri vəzifəsində çalışıb

Daxil olun


x
This website is using cookies. More info. That's Fine