Son Xeberler
Son Xeberler

16.11.2020 11:37

6 abunə

312

Mayya Sandu Moldovada prezident seçkilərində öndədir

Mayya Sandu Moldovada prezident seçkilərində öndədir

Moldovanın keçmiş Baş naziri, “Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Mayya Sandu ölkə daxilindəki seçki məntəqələrindəki bütün səslər sayıldıqdan sonra prezident seçkilərinin ikinci turuna liderlik edir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Sandunun rəqibi ikinci müddətə namizəd olan İqor Dodon idi. Ölkə daxili bütün seçki məntəqələrində Mayya Sandu 55,98%, Dodon isə 44,02% səs toplaya bilib.

Ümumilikdə, protokolların yüzdə 98,69 faizi sayılıb. ABŞ və Kanadadakı seçki məntəqələrinin səssayma prosesi hələ də davam edir.

Qeyd edək ki, səsvermə bazar günü baş tutub. Vətəndaşlar növbəti dörd il üçün respublikanın liderini seçiblər.