Son Xeberler
Son Xeberler

10.11.2020 17:25

6 abunə

328

Maşın oğrusu karantin postunda tutuldu

Maşın oğrusu karantin postunda tutuldu

Noyabrın 8-də Binəqədi rayonu 5-ci Polis Bölməsinə N.Nərimanov küçəsindən Bakı şəhər sakini H.Cavadovun “Ford” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini S.Nərimanov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, noyabrın 9-da Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Həsənzadə noyabrın 1-də A.M.Şərifzadə küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırılmasını bildirib.

H.Z.Tağıyev qəsəbəsi ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.İbrahimov və əvvəllər məhkum olunan Q.Sadıqov avtomobillə birgə saxlanılmış və Sumqayıt ŞPİ-yə təhvil verilib. Hər iki faktla araşdırma aparılır.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine