🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Mall"lar və iri ticarət mərkəzləri açılarsa - Bu şərtlərlə işləyəcək

08.09.2020 11:24 434 baxış sayı 5 dəq. oxuma
"Mall"lar və iri ticarət mərkəzləri açılarsa -

Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasından sonra rayonlara gediş-gəliş və qapalı vəziyyətdə fəaliyyət göstərən kafe və restoranlarla bağlı qadağalar aradan götürülüb.

Növbəti yumşaldılma zamanı əhalini daha çox "mall"ar və iri ticarət mərkəzləri ilə bağlı qağaların ləğvi maraqlandırır.

Belə ki, məhz iri ticarət mərkəzlərinin fəaliyyətə başlaması həm sahibkar, həm də alıcı kütləsinin əsas istəklərinə çevrilib.

 Operativ Qərargah ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanı aradan qalrıdacağı təqdirdə, əhalinin müəyyən şərtlərə əməl etməsi vacib olacaq. Millət vəkili Cavid Osmanov da BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələdə sahibkarlar da maraqlı olmalıdır:

"Nazirlər Kabineti yanında Operativ Qərargah statistikanı təhlil edərək yoluxanların dinamikasına uyğun olaraq addımlar atır. Yumşalmalar tədricən həyata keçirilir. Məlumdur ki, sentyabrın 15-də dərslər başlayacaq. Burda alış-veriş məsələsi var. Həm geyim, həm də məktəbli ləvazimatları iri ticarət mərkəzləri ilə yanaşı, digər yerlərdə də satılır. Bunları həmin yerlərdən almaq mümkündür.

İri ticarət mərkzələri və "mallar"ın açılması ilə bağlı sadə qaydalar var. Yumşalma olduğu təqdirdə iri ticarət mərkəzləri açılacaq. Burada vətəndaşlar da müəyyən qaydalara əməl etməlidir. Sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə və şəxsi gigiyeniyaya diqqət yetirilməlidir.

İri ticarət mərkəzləri qapalı şəraitdə olduğu üçün qaydalara əməl etmək mütləqdir. "Mallar"a insanları sayla buraxmaq düzgün olmazdı. Əgər yumşaldılmaya gedilsə, ticarət mərkzələri açılsa, hamı ora daxil olmaq imkanına malik olmalıdır. İstənilən halda ticarət mərkəzlərində fəaliyyət göstərən sahbkarlar da maraqlı olmalıdır ki, qoyulan qaydalara riayət olunsun".

Ticarət mərkəzləri pandemiya dövründə fəaliyyətini bərpa edəcəyi təqdirdə bu şərtlərlə işləyəcək:

Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;

Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;

Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi

personalı müvafiq təlim keçməlidir;

Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan

vətəndaşların məsafədən termometriyası aparılmalıdır;

Hərarəti yüksək olan vəinfeksiya simptomları olan şəxslər tibb məntəqəsində

izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət

yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisənə

göndərilməlidir;

Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları

müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

Etiketlər

Paylaş: