06.09.2020 10:49
6
abunə
360
Mahir Emreliden antirekord

Ötən gün keçirilən Azərbaycan - Lüksemburq oyununda milli futbolçu Mahir Emreli millimizin tarixində antirekorda imza atıb.

"Qarabağ"ın 23 yaşlı hücumçusu yığmanın tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub.

O, Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununun 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub.

Buna kimi isə antirekord 27-ci dəqiqədə qırmızı vərəqə almış Aslan Kərimov və Saşa Yunisoğluna məxsusu idi. Kərimov 2007-ci ildə Portuqaliya ilə oyunda, Yunisoğlu isə 2011-ci ildə Avstriya ilə matçda meydandan kənarlaşdırılıblar. Mahir onların antirekordu 1 dəqiqə yeniləyib.

Qeyd edək ki. Lüksemburqla oyun 2:1 hesabı ilə Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb. 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine