
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanlayıb.
Məktubda bildirilir: “Macarıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır. Buna görə də münaqişənin de-eskalasiyasına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırır”.
Peter Siyyarto ikitərəfli iqtisadi və ticarət əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün tezliklə görüşlərin keçiriləcəyinə də ümidvar olduğunu yazır.
Oxşar xəbərlər

Çin COP29-da Azərbaycanın Sədrliyini Dəstəkləyir
Son Xeberler

Türk Şurasının Baş katibi Gəncəyə gəlib
Son Xeberler

ABŞ Azərbaycanın İqlim Maliyyəsi Təşəbbüsünü Dəstə...
Bugun.az

Ukrayna XİN-dən Qarabağla bağlı bəyanat
Son Xeberler

Milli Məclis Babək rayonu barədə layihəni qəbul et...
Son Xeberler

Serbiyadan Azərbaycanın ərazi bütövlüyünə DƏSTƏK -...
Son Xeberler