16.08.2020 21:22
6
abunə
365
Lukaşenkoya dəstək mitinqindən VİDEO+FOTOLAR

​Bu gün Belarusun paytaxtı Minskdə ölkə Prezidenti Aleksandr Lukaşenkoya dəstək mitinqi keçririlib. 

Bu barədə “RİA Novosti” xəbər yayıb. 

Müstəqillik meydanına minlərlə insan toplaşıb. Bu, prezident seçkilərindən və etirazların başlanmasından sonra Lukaşenkoya dəstək məqsədi ilə keçirilən ilk aksiya olub.

Bir qədər sonra Aleksandr Lukaşenko da mitinq keçirilən yerə gəlib. O, toplaşanların qarşısına çıxıb və Belarusun bütün regionlarından olan tərəfdarlarına təşəkkür edib. "Əziz dostlar, sağ olun ki, gəlmisiniz", - deyə Lukaşenko bildirib.








Daxil olun


x
This website is using cookies. More info. That's Fine