🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Livanda matəm elan olundu: Minlərlə yaralı var

04.08.2020 19:14 771 baxış sayı 1 dəq. oxuma
Livanda matəm elan olundu:

Beyrutdakı partlayış zamanı 2200-dən çox insan yaralanıb.

Bu barədə yerli OTV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı azı 30 nəfər həlak olub. Ölənlər arasında Livanın "Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan da var.

Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

Paylaş: