Lippertdən Azərbaycana dəstək - VİDEO
AFFA-nın sabiq texniki direktoru, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq baş məşqçisi, alman mütəxəssis Bernhard Lippert erməni təcavüzü ilə üzləşmiş ölkəmizə dəstəyini ifadə edib.
Hazırda Qana Futbol Federasiyasında texniki direktor vəzifəsində çalışan Lippert videomüraciət yazıb.
“Mənim adım Bernhard Lippertdir. Mən 12 il Azərbaycanda çalışmışam. Çox gözəl ölkə, mədəniyyət və insanlar. Özünə münasibətdə həmişə yalnız hörmət və istilik hiss etmişəm. Azərbaycan mənim üçün ikinci ev oldu, ona görə də bu ağır vəziyyətdə Azərbaycanı dəstəkləmək istərdim.
Hamımız bilirik ki, müharibə məğlubiyyətsiz və itkisiz ola bilməz. Amma mülki əhalinin, uşaqların qətlə yetirilməsi terror hadisəsidir. Hamıya məlumdur ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. BMT Təhlükəsizlik Şurasının qətnamələri də bundan xəbər verir. Amma indi dünya sadəcə müşahidə edir. Bir daha demək istərdim: Qarabağ Azərbaycandır”, - o deyib.
Oxşar xəbərlər
Türkiyə klubundan Azərbaycana dəstək -
İdman Xəbər
Antalyada şagirdlərdən Azərbaycana dəstək -
Son Xeberler
“Azərbaycana bütün imkanlarımızla dəstək veririk”...
Son Xeberler
Nebahat Çehredən Azərbaycana dəstək
Son Xeberler
“Qalatasaray” Azərbaycana bu sözlərlə dəstək oldu...
Son Xeberler
Mesut Özildən Azərbaycana dəstək -
Son Xeberler