Laçının lövhəsi hazırlandı
Laçın rayon sakinlərinin siyahıya alınmasına başlanılıb.
Laçın Rayon İcra Hakimiyyəti hazırda sakinlərin hansı ərazidə məskunlaşdığını araşdırır:
"Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda rayon polis şöbəsi işğaldan azad olunan əraziyə köçürülüb, postlar müəyyənləşdirilir", - icra hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, Laçın şəhərinin girişi üçün xüsusi löhvə hazırlanıb: Yaxın günlərdə Laçının adı yazılmış löhvə şəhərin girişində, həmçinin Laçın dəhlizində yerləşdiriləcək.
Xatırladaq ki, erməni silahlı birləşmələri 1992-ci ilin mayın 18-də Laçın rayonunu işğal edib. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin bu ilin noyabrın 10-da imzaladıqları birgə bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla da rayonun 28 il, 6 ay, 12 gün davam edən işğalına son qoyulub.
Oxşar xəbərlər
"Azərbaycana xoş gəlmişsiniz" lövhəsi erməniləri...
Son Xeberler
Laçının bu kəndləri işğaldan azad olundu
Son Xeberler
Ermənistanda yol kənarında Azərbaycan şəhərlərinin...
Son Xeberler
33 yaşlı meyxanaçının ölüm səbəbi bəlli oldu
Son Xeberler
72 kilometr yol gedib, Laçının ən hündür nöqtəsinə...
Son Xeberler
Ölən meyxanaçının son görüntüləri yayıldı -
Son Xeberler